İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu cəlb etməyi hədəfləyir.
Fanat.Az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante ilə maraqlanır.
Xəbərə görə, 33 yaşlı Kantenin maliyyə tələbləri çox olmasa, onun "Barsa"ya keçidi reallaşacaq.
Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Kante ötən mövsüm "Əı-İttihad" forması ilə 44 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran oyunçu 6 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat