"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalinin mərc oyunlarında iştirak etdiyi üçün aldığı 10 aylıq cəza başa çatmaq üzrədir.
Fanat.Az xəbər verir ki, o, avqustun 28-də komanda ilə məşqlərə başlayacaq. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb:
“Tonalinin 10 aylıq rəsmi futbol fəaliyyətlərindən qadağası başa çatdıqdan sonra avqustun 28-də komandaya qayıdacağını açıqlaya bilərik. Klub İtaliya Futbol Federasiyasından futbolçuya qarşı idman sanksiyasının avqustun 27-si daxil olmaqla, çərşənbə axşamına qədər qüvvədə olacağına dair rəsmi təsdiq aldı”.
Xatırladaq ki, italyan yarımmüdafiəçi 2023-cü il oktyabrın 27-də cəzalandırılıb. Sandro ötən yay "Milan"dan "Nyukasl"a keçib.