Dünən UEFA Superkuboku uğrunda matçda "Atalanta"nı məğlub edən (2:0) "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, 38 yaşlı xorvat "Kral klubu"nun heyətində 27-ci titulunu qazanıb.
Modriç İtaliya təmsilçisi ilə görüşün 76-cı dəqiqəsində Rodriqonun əvəzinə meydana çıxıb.
Xatırladaq ki, sözügedən yarımmüdafiəçi "Real"a 2012-ci ilin avqustunda, 35 milyon avro qarşılığında "Tottenhem"dən transfer olunub.
Nihat