Dünən UEFA Superkuboku uğrunda matçda "Atalanta"nı məğlub edən (2:0) "Real Madrid"in iki futbolçusu tarixə düşüb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, bunlar "Kral klubu"nun xorvat yarımmüdafiəçisi Luka Modriç və ispan müdafiəçisi Daniel Karvaxaldır.
Sözügedən oyunçular indiyədək UEFA Superkubokunu ən çox - hərəyə 5 dəfə qazanmağı (2014, 2016, 2017, 2022 və 2024 il) bacarmış adlara çevriliblər.
Xatırladaq ki, Karvaxal həm də UEFA Superkuboku uğrunda 6 matçda start heyətində yer almış yeganə oyunçudur.
Nihat