"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
Fanat.Az xəbər verir ki, Orxan Əliyev "Kəpəz" ilə bir illik müqavilə bağlayıb.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq "Araz Naxçıvan"da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016/2017 mövsümündə də Gəncə klubunun forması I geyinib.