Almaniyanın "Bayer Leverkuzen" klubu futbolçusu Robert Andrixlə müqavilə yeniləyib.
Fanat.Az "əczaçılar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu müddəti 2028-ci ilin yayına qədər olan anlaşmaya imza atıb.
Onun əvvəlki sözləşmənin müddəti 2026-cı ilə qədər idi.
Qeyd edək ki, Andrix 2021-ci ildən "Bayer"dədir. Ötən mövsüm 45 qarşılaşmada meydanda olan yarımmüdafiəçi 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.