Dortmund "Borussiya"sının hücumçusu Paris Brunner karyerasını Fransada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu "Monako"ya keçib.
Məlumatı Liqa 1 təmsilçisinin mətbuat xidməti yayıb. Gənc forvardın 2024/2025 mövsümünü icarə əsasında Belçikanın "Serkl Brügge" klubunda keçirəyi bildirilib.
Qeyd edək ki, Brunner ötən mövsüm "arılar"ın U-19 komandasında 22 görüşdə meydanda olub 20 qola imza atıb.
Nihat