Yeni mövsümdə I divizionda çıxış edəcək "Rəvan" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Ramil Əliyevin başçılıq etdiyi məşqçilər korpusu 6-7 oyunçunu bəyənib və komandaya cəlb etmək niyyətindədi.
Artıq müqavilə bağlanacaq 3 futbolçunun kimliyi bəllidi. Belə ki, "Rəvan" Tural Abbaszadə, Rövşən Əmiraslanov və Elgün Abbaslını heyətinə qatacaq. Onlarla 2 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, 21 yaşlı qapıçı Tural Abbaszadənin son iş yeri "Neftçala" olub. 22 yaşlı yarımmüdafiəçi "Araz Naxçıvan"da, 28 yaşlı orta xətt oyunçusu Rövşən Əmiraslanov "Simurq"da çıxış edib.
Fanat.az