Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Avstriya yığmasının qonağı olacaq.
B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan seçməsi bir həftə sonra Bakıda Belçika millusini qəbul edəcək.