Finlandiya çempionatında 20-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcünün çıxış etdiyi HİK tur çərçivəsində səfərdə EİF-lə üz-üzə gəlib.
Futbolçumuzun komandası görüşdə 3:0 hesablı qələbə qazanıb.
Görüşün iştirakçısı olan Ozan Can matça start heyətində başlayıb. 25 yaşlı yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 20 turdan sonra 37 xalı olan HİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.