İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində dünən "Çelsi"nin qonağı olan "Mançester Siti" 2:0 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, hesabı matçın 18-ci dəqiqəsində "şəhərlilər"in norveçli forvardı Erlinq Holand açıb.
Entoni Teylorun idarə etdiyi görüşdə Bernardu Silvanın ötüməsini qola çevirən ulduz futbolçu komandasının forması ilə çıxdığı 100-cü qarşılaşmada 91-ci qoluna imza atıb. Onun hesabında 15 məhsuldar ötürmə də var.
Xatırladaq ki, "Mançester Siti" ötən mövsüm İngiltərə çempionu olub.
Nihat