İspaniya La Liqasının 1-ci turu çərçivəsində keçirilən "Malyorka" - "Real Madrid" qarşılaşması (1:1) xoşagəlməz görünütülərə səhnə olub.
Fanat.Az xəbər verir ki, yerli azarkeşlər oyun ərzində qonaqların braziliyalı vingeri Vinisius Juniora təzyiq ediblər.
Belə ki, "Malyorka" tərəfdarları "sambaçı"nın topa hər toxunuşuna onu fitə basaraq reaksiya veriblər. Vinisius isə hakimə yaxınlaşaraq tribunalarda yaşananları diqqətdə saxlamağı xahiş edib.
Xatırladaq ki, irqçilik haqda tez-tez kəskin fikirlər səsləndirən Vinisius ara-sıra oxşar vəziyyətlə qarşılaşır.
Nihat