"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 1-ci turunda "Çelsi" üzərində qazandıqları səfər qələbəsindən (2:0) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Komandaya faydalı olmaq, futbolçuların meydanda uğurlu mövqe seçmələrinə kömək etmək istəyirəm. Məsələn, rəqibin mərkəz müdafiəçilərini özümlə apara, Bernardu Silvaya müəyyən ərazi aça bilirəmsə, bunu dərhal edirəm. Bu, çətindir, amma belədir.
Əlbəttə, bu sözlərim Qvardiolanın xoşuna gəlməyəcək, amma hazırda "Mançester Siti"nin müdafiəçilərinin və yarımmüdafiəçilərinin necə oynadığına baxanda adama elə gəlir ki, onların mənə ehtiyacı yoxdur. Mən sadəcə, dayana və baxa bilərəm".
Xatırladaq ki, "Çelsi" ilə matç Holand üçün "şəhərlilər"in forması ilə 100-cü qarşılaşma olub. O, "Stemford Bric"dəki görüşdə komandasının ilk qoluna imza atıb.
Nihat