Misli Premyer Liqasının 3-cü turunda "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Sumqayıt"ın ev oyunu yetərincə dramatik alındı. Matçdakı bütün qolların 87-ci dəqiqədən sonra vurulması Sumqayıtdakı qarşılaşmaya sözün əsl mənasında, rəng qatdı.
"Gənclik şəhəri" təmsilçisinin futbolçusu Vüqar Mustafayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik. Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Səbail"lə oyun elə məcrada keçirdi ki, rəqib komandanın da bizim də qələbə qazanmaq şansımız var idi. Bu səbəbdən bizdə də, rəqibdə də son dəqiqiəyə kimi qələbəyə olan inam itməmişdi. Bildiyiniz kimi, matçın sonu olduqca dramatik alındı. İstənilən halda, qalib gələcəyimizə inanırdıq. Təbii ki, hər qələbə, hər qazanılan xal komandaya gələcək oyunlar üçün inam verir. Allah qoysa, bu inam mövsümün sonuna kimi davam edər".
Nihat