11:07 20.08.2024 335

AMADA rəsmiləri Danimarkada

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

Fanat.Az xəbər verir ki, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb. İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli “Gücləndirilmiş Oyunlar” (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.

Konfransın əsas istiqamətlərindən biri müasir təhdidlər və onların aradan qaldırılması strategiyalarının müzakirə edildiyi “Antidopinq üçün yeni çağırışlar” sessiyası olub. Həmçinin beynəlxalq antidopinq sisteminə etimad və qadağan olunmuş dərmanlardan istifadə edən idmançıların təcrübələrinin təhlili ilə bağlı dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. Dopinqdən asılılığın və onun nəticələrinin öyrənilməsinə, reabilitasiyanın effektiv üsullarının axtarışına xüsusi diqqət yetirilib.

Rüfət Efendiyev “Asılılığın hüdudlarını aşmaq: idman və reabilitasiyanın birləşməsi” mövzusunda məruzə ilə çıxış edərək, narkomaniya da daxil olmaqla, idmanın bərpa prosesinə inteqrasiyası imkanları barədə məlumat verib.

Konfrans çərçivəsində Təhminə Tağı-zadə Danimarka, Niderland və digər ölkələrin antidopinq qurumlarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə müxtəlif ölkələrdə yeni tədqiqat strategiyaları və antidopinq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi müzakirə olunub. Antidopinq sahəsində qabaqcıl təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Təhminə Tağı-zadə elmi tədqiqatların idmanda yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bu görüşlər milli qurumlar arasında daha çox anlaşmaya kömək etməklə yanaşı, daha effektiv şəbəkələşdirilmiş və qlobal antidopinq mexanizmlərinin yaradılmasına yönəlmiş əməkdaşlığın yollarını müəyyənləşdirəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

Facebookdan bizi izləməyi unutmayın.
X