"Yuventus"un hücumçusu Fderiko Kyeza karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi saytı vasitəsi ilə jurnalist Canluka Di Martsio yayıb.
Xəbərə görə, sözügedən oyunçunun agenti "Barselona" ilə danışıqlara başlayıb. Tərəflər razılığa gələcəyi halda, Kataloniya klubunun Turin təmsilçisinə rəsmi təklif göndərərək transferin məbləğini müəyyənləşdirəcəyi bildirilib.
Daha öncə "Yuventus"un baş məşqçisi Tyaqo Motta Kyezanın onun gələcək planlarına daxil olmadığını açıqlayıb.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 37 matça çıxan Federiko 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Yuventus"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kyezanın transfer qiymətini 35 milyon avro ilə dəyərləndirir.
Nihat