"İnter Mayami"nin hücumçusu Lionel Messinin komandasının sıralarına nə vaxt dönəcəyi dəiqiqləşib.
Fanat.Az ABŞ mətbuatına verir ki, 37 yaşlı argentinalı topuğundakı zədə ilə bağlı problemi geridə qoyub və yaxın günlərdə kollektiv məşqlərə başlayacaq.
Xəbərə görə, Messi MLS liqası çərçivəsində sentyabrın 14-də "Filadelfiya Yunion"a qarşı oynaya biləcək. Mənbə təcrübəli ulduzun hətta sentyabrın 1-də "Çikaqo" ilə görüşdə də meydana çıxmasının mümkün olduğunu vurğulayıb.
Xatırladaq ki, Leo Amerika Kubokunun finalında zədələnmişdi. Həlledici qarşılaşmada Kolumbiyanı 1:0 hesabı ilə yenən Argentina turnirin qalibi olmuşdu.