Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 4 matç keçiriləcək.
Yarışa bu mərhələdən qoşulacaq Türkiyə çempionu “Qalatasaray” səfərdə İsveçrə “Yanq Boyz”u ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bundan başqa, “Dinamo Kiyev" “Zalsburq”u, “Midtüllann” “Slovan”ı, "Malmö” isə “Sparta”nı sınağa çəkəcək.
Qeyd edək ki, pley-offun cavab matçları 27-28 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
21 avqust
23:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Zalsburq” (Avstriya)
23:00. “Midtüllann” (Danimarka) – “Slovan” (Slovakiya)
23:00.”Malmö” (İsveç) – “Sparta” (Çexiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Qalatasaray” (Türkiyə)