Ötən gün baş tutan avrokubok oyunlarından sonra UEFA-nın reytinqi yenilənib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın ötən həftə ilə müqayisədə mövqeyi dəyişməyib.
26-cı sırada yer alan ölkəmizin əmsalı 18,875-ə bərabərdir.
25-ci pillədəki Kiprin 19,225, 27-ci yerdəki Bolqarıstanın 18,625 əmsalı var.
Son 5 ildəki 18,875 əmsallıq qazancın 2,125-i cari mövsümə aiddir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.