2014/15 mövsümünün hazırlıqlarının ilk bölümünü Sloveniyada keçirən "Qəbələ" bu gün təlim-məşq toplanışının ikinci hissəsinin təşkili məqsədi ilə Hollandiyaya yollanıb. Fanat.az xəbər verir ki, Arnem bölgəsində məskunlaşacaq "Qəbələ" hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Dorinel Muntyanunun komandası iyulun 27-i vətənə dönəcək.
Qeyd edək ki, Avropa Liqasında Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubuna uduzan (0:2, 0:3) "Qəbələ" Sloveniya toplanışı zamanı 3 yoxlama oyunu keçirib. Yerli komandalarla qarşılaşan şimal təmsilçisi "Stoynitsa" və "Maribor"u 1:0 hesabı ilə yenib, "Neftçi"nin Avropa Liqasındakı rəqibi "Koper"ə uduzub (0:1).
Fanat.az