“Çoxları Cavid Hüseynovun “İnter”ə keçidinin alınmamasında maliyyə məsələlərini qabardır. Bunun işin alınmamasına nə dərəcədə təsir etdiyini deyə bilmərəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “İnter”in prezidenti Georgi Nikolov deyib.
Nikolov daha sonra əlavə edib: “Cavidlə görüşdük. Arada pul baxımından narazılıq da olmadı. Dediyi şərtlər klubun maliyyə siyasəti ilə üst-üstə düşdüyünə görə, razılaşdıq. Baş məşqçi Kaxaber Tsxadadze ilə də görüşdülər. Sonradan “Qəbələ” ilə müqavilə bağladığını gördük”.
Bolqar futbol funksioneri Hüseynovun hərəkətinə haqq qazandırmadığını açıqlayıb: “Əlbəttə, bu ən azı yaxşı hərəkət deyil. Hələ yumşaq desək, yaxşı hərəkət etmədi. Ona haqq qazandırmaq olmaz. Amma Cavidə qarşı kin saxlamaq da yersizdi. Dünənlə yaşayan insan deyiləm”.
Fanat.az