"Sumqayıt"ın əvəzedici heyəti baş məşqçisiz qalıb. Fanat.az xəbər verir ki, komandanın çalışdırıcısı Mehman Yunusov istefa verib.
Artıq onun yeni iş yeri də müəyyənləşib. Yunusov bundan sonra "Qəbələ"nin U-15 komandasına başçılıq edəcək.
"Sumqayıt"ın əvəzedici komandasının yeni baş məşqçisi tezliklə müəyyənləşəcək.
Fanat.az