Hollandiyada təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib. Fanat.az xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı "Alkmaar"la qarşılaşacaq.
Bu barədə Hollandiya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Sportpark De Vissel" bazasında baş tutacaq oyun iyulun 20-də keçiriləcək və yerli vaxtla saat 15.00 (Bakı vaxtı ilə saat 18.00) başlayacaq.
"Alkmaar" klubu 1967-ci ildə yaradılıb. Komanda indiyədək 2 dəfə Hollandiya çempionu, 4 dəfə ölkə kubokunun, 1 dəfə Superkubokunun qalibi olub, UEFA Kubokunda final oynayıb. "Alkmaar"a "Ayaks" və "Milan"ın sabiq üzvü, 2004-2008-ci illərdə Hollandiya millisinə, 2008/09 mövsümündə "Ayaks"a başçılıq etmiş Marko van Basten başçılıq edir.
Qeyd edək ki, iyulun 27-dək Hollandiyada olacaq "Qəbələ" 4 yoxlama oyunu keçirəcək.
Fanat.az