Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” də növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi evdə “İstanbulspor”la qarşılaşıb. Meydan sahibləri görüşdən 2:1 qalib ayrılıb ki, Renat qələbədə əsas pay sahiblərindən olub. O, 90 dəqiqə oynadığı matçın 39-cu dəqiqəsində hesabı açıb.
Bu, Renatın cari çempionatda ikinci qoludur.
“Ankaragücü” hazırda 6 xalla 8-ci pillədə qərarlaşıb.