"Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Ayaks"da ayrılıq yaşanıb.
Fanat.Az Niderland nəhənginin mətbuat xidmətinı istinadən xəbər verir ki, Stiven Berqveynin "Əl-İttihad"a transferi ilə bağlı razılıq əldə olunub.
26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 21 milyon avrodan çox olacaq.
“Stiven və “Ayaks” gizlətmirdi ki, xaricdən yaxşı təklif gəlsə, o, bu addımı atacaq. Bu, son anda gəldi və kluba qısa müddətdə uyğun bir əvəz tapmağa ümid etmək üçün lazımi maliyyə rahatlığı verdi. Ötən mövsümdən kapitanımız olan Stivenə karyerasının növbəti mərhələsində böyük uğurlar arzulayırıq”, - deyə texniki direktor Aleks Kruz klubun mətbuat xidmətinə bildirib.
Berqveyn ötən mövsüm Erediviziyada 24 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa