Seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirən "Rəvan" daha iki yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, matçlardan biri iyulun 16-ı, digəri isə 19-da baş tutacaq.
"Rəvan" sabah "Bayıl Arena"da "Şuşa"nı sınağa çəkəcək. Şənbə günü isə rəqib digər I divizion təmsilçisi "Şahdağ" olacaq. Hər iki görüş saat 19.30-da başlayacaq.
Qeyd edək ki, "Rəvan" bundan əvvəl iki oyun keçirib. Ramil Əliyevin başçılıq etdiyi komanda hər AZAL-a (0:3) və "Sumqayıt"a (0:2) yenilib.
Fanat.az