"Barselona"nın prezidenti Joan Laporta komandanın heyətinin onu qane edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Baş məşqçimizdən və mövcud heyətimizdən tam razıyıq. Həm də La Masiya bizim layihəmizin əsası olduğu üçün qürur duyuruq".
Xatırladaq ki, "Barsa" La Liqanın 4-cü turunda "Valyadolid"i 7:0 hesabı ilə darmadağın edib.
Nihat