Elvin Həsənəliyevin "Sumqayıt" macərası 28 gün davam edib. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin müqaviləsini pozub.
Belə ki, "Sumqayıt" Elvini "Rəvan"dan icarəyə götürmüş və iyunun 17-də onunla birillik müqavilə imzalamışdı. Amma gənc futbolçunun bəxti gətirməyib və zədə alıb. Bu səbəbdən o, 2 ay oynaya bilməyəcək. "Sumqayıt" isə bu müddəti gözləmək niyyətində olmadığından onunla icarə müqaviləsini pozub. Həsənəliyev müqavilə ilə bağlı olduğu "Rəvan"a dönüb.
Qeyd edək ki, Elvin ötən mövsüm "Rəvan"ın heyətində 17 oyuna çıxıb və 727 dəqiqə oynayıb. O, əvvəllər "Kəpəz"in formasını geyinib.
Fanat.az