Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya millisinin hücumçusu Neymar hücumçu Luis Suaresin Uruqvay millisindəki karyerasını bitirmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz vaxtilə "Barselona"da komanda yoldaşı olan forvardla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
“Dahi Luisito. Sən öz adını ölkənin futbol tarixinə əbədi yazmısan! Mükəmməlsən. Mən səni çox sevirəm".
Qeyd edək ki, Suares qərarını sentyabrın 3-də açıqlayıb.
Mirağa