"Sabah" 15 sentyabr – Bilik Günü ilə bağlı jest edib.
Fanat.Az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək.
Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
“Sabah” – “Turan Tovuz” oyunu sentyabrın 15-də, saat 20:30-da “Bank Respublika Arena”da keçiriləcək.