"Neftçi" ilə problem yaşayan Slavik Alxasovun yeni klubu rəsmən məlum olub. Fanat.az xəbər verir ki, Alxasov yenidən "Sumqayıt"a qayıdıb və növbəti mövsümdən köhnə-yeni klubunun şərəfini qoruyacaq.
Artıq onunla 2 illik müqavilə də imzalanıb və Slavik dünən "Sumqayıt"la birgə Antalyaya təlim-məşq toplanışına yollanıb. O, bu gün sumqayıtlıların heyətində məşqə çıxacaq.
rekord.az