Almaniyanın 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Nürnberq” də növbəti sınağına çıxıb.
Mahirin bu görüşdə debütü reallaşamyıb. Hərçənd, millimizin üzvü ilk dəfə ehtiyat oyunçular skamyasında yer alıb.
“Ulm”un qonağı olan Mahirin komandası səfərdən 2:1 hesablı qələbə ilə dönüb.
Bu qələbədən sonra xalını 7-ə çatdıran “Nürnberq” 11-ci pillədə yer alıb.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"lə 1+1 illik müqavilə imzalayıb.