Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"ı öz meydanında 1:0 hesabı ilə məğlub edən "Şamaxı"nın futbolçusu Leroy Mikels oyun barədə fikirlərini bölüşüb.
"Sabah"ın hücumçusu Coy Lens Mikelsin qardaşının Fanat.Az-a açıqlaması belə olub:
"Erkən qol vurduq. Hesabı açandan sonra tempi qoruduq və daha yaxşı oynamağa başladıq. Şadam ki, qələbə qazandıq.
Qardaşım burada oynadığı üçün çempionatın oyunlarını izləyirdim. Bu mənə tez uyğunlaşmaq baxımından da kömək etdi. Ən azı onun qədər yaxşı oynamaq istəyirəm. Bunun üçün səylə çalışmalıyam. Əlbəttə, Coy Lensin qardaşı kimi yox, özüm kimi tanınmaq istəyirəm. Amma qardaşım çox yaxş oyunçu olduğu üçün bu, bir qədər çətin işdir".
Nihat