Topaz Premyer Liqasında 2014/15 mövsümü üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yola düşüb. Fanat.az xəbər verir ki, komanda artıq Kartepe bölgəsinə çatıb.
"Green Park Resort Kartepe" otelində məşkunlaşan "Sumqayıt" iyulun 29 vətənə qayıdacaq. Komanda Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirəcək. Aqil Məmmədovun komandası iyulun 17-də İranın "İstiqlal Əhvaz" klubu ilə qarşılaşmalı idi. Lakin həmin gün adıçəkilən klubla yox, "Perspolis"lə oyun baş tutacaq. Tarixi ərzində 9 dəfə ölkə çempionluğunu və 5 dəfə İran Kubokunu qazanan komanda son mövsümü 2-ci pillədə başa vurub.
"Sumqayıt" iyulun 20-də Özbəkistan çempionu "Bunyodkor", 23-də Türkiyə 1-ci liqa təmsilçisi "Manisaspor", 25-də isə Türkmənistan klubu "Altın Asır"la qarşılaşacaq. Sonuncu rəqib hələ bəlli deyil.
Fanat.az