Marat İzmayılovun yeni iş yeri rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin sabiq üzvü "Krasnodar"a keçib.
Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Portu"ya məxsus yarımmüdafiəçi 1 il icarə əsasında "Krasnodar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, qışda "Qəbələ"yə icarəyə verilən Marat ölkəmizdə 18 oyuna çıxıb, 1371 dəqiqə oynayıb və 2 qol vurub.
Fanat.az