Avropa Liqasının Liqa mərhələsinin I turunda "Qarabağ"ı qəbul edəcək "Tottenhem"in iki futbolçusu zədələnib.
Fanat.Az xəbər verir ki, bunlar yarımmüdafiəçi Vilson Odeber və hücumçu Timo Vernerdir.
Hər iki oyunçu ötən gün "Koventri Siti"ni 2:1 hesabı ilə məğlub etdikləri Liqa Kuboku matçında sıradan çıxıb.
Baş məşqçi Angelos Postekoğlu görüşün ardından təşkil edilən mətbuat konfransında Odebarın durumunun ciddi olduğunu, Vernerin vəziyyətinin isə hələ dəqiq bilinmədiyini açıqlayıb.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sentyabrın 26-da baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.