"Jirona"nın baş məşqçisi Miçel Anxel Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda PSJ-dən aldıqları məğlubiyyəti (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Məncə, özümüzü yaxşı tərəfdən göstərdik. Bu, Çempionlar Liqasında ilk oyunumuz idi. Qarşımıza qoyduğumuz tapşırığın öhdəsindən gəldik. Bu qarşılaşma bizim üçün dərs və gələcəkdə oyunumuzu yaxşılaşdırmaq baxımından yaxşı şans oldu. Parislilər daha yaxşı idilər, xüsusilə, ikinci yarıda... Onlar bizə Luis Enrikenin fantastik pressinqi ilə güclü təzyiq edirdilər.
Artıq 3 ildir ki, işləyirik. Burada olmağı haqq edirik. Nəticəyə görə bir qədər məyusam, amma bunu unudacağıq".
Nihat