"Bayern Münhen" gənc hücumçusu Matis Teli icarəyə göndərməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya nəhənginin rəhbərliyi bu mövsüm onun üçün əsas heyətə düşməyin çətin olacağını düşünür. Fransalı müntəzəm oyun praktikası əldə etmək üçün yanvarda icarəyə göndəriləcək. Halbuki, futbolçu müqaviləsini 2029-cu ilə qədər uzatdıqdan sonra "Bayern" ilə ciddi danışıqlar aparıb və bir neçə variantının olmasına baxmayaraq, klubda qalmağa qərar verib.
Telin İngiltərə Premyer Liqası klublarının maraq dairəsində olduğu bildirilir.
19 yaşlı hücumçu cari Almaniya bundesliqasında iki matça çıxıb və heç nə ilə yadda qalmayıb.
Mirağa