"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Malmö"nün zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Fanat.Az İsveç təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir.
Digər orta xətt oyunçusu Stefano Vekkya isə hələ yüklənmə və bərpa mərhələsindədir.
Müdafiəçilər - Niklas Moysander ilə Anton Tinnerholmun bərpa dönəmindədirlər.
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı oktyabrın 3-də keçiriləcək. Bakıda baş tutacaq görüşün start fiti 20:45-də səsləndiriləcək.