UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Budyo Qlimt" Norveç çempionatında 23-cü turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv səfərdə "Brann"a 1:4 hesabı ilə məğlub olub.
Hazırda 50 xalı olan "Budyo Qlimt" turnir cədvəlinə başçılıq edirsə, "Brann" 43 xalla 2-ci pillədədir.
Qeyd edək ki, "Qarabağ" "Budyo Qlimt" ilə noyabrın 7-də Norveçdə qarşılaşacaq.