Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 7-ci turunda “Sabah”dan aldıqları 2:4 hesabı ilə məğlubiyyəti şərh edib:
Fanat.Az xəbər verir ki, azərbaycanlı mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Oyun haqda çox danışmaq istəmirəm. Dinamik matç idi. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. Bəsit qollar buraxdıq. 4 qol buraxmağa layiq deyildik. Qapımıza heçnədən penalti verildi. "Sabah"ın keyfiyyətli oyunçuları oyunun taleyini həll etdilər.
Komandam öz səviyyəsinə uyğun futbol oynadı. Çox qol epizodları yaratdıq. Komandadan narazılığım yoxdur. İrəliyə baxmaq lazımdır. Komanda yaxşı futbol oynayır. Müdafiədə bəzi səhvlərimiz var. Uğurlu nəticələr qazanacağıq. Bir qələbədən sonra komandada özünəinam artacaq".
Diniyev azarkeşlərin oyun bitməmişdən stadionu tərk etmələrinə münasibət bildirib:
"Hesaba görə belə etmələri normaldır. Azarkeşlər nəticə və qollarla yaşayırlar. Onlar hətta hesab 2:4-olanda da bizdən geridönüş gözləyirdilər. Bu azarkeşlərin ixtiyarına buraxılan şeydir. Qələbədən uzaq olduğumuzu görüb getdilər. O qədər bərbad vəziyyətdə deyilik".