16:22 23.09.2024 665

"Rəhbərimiz dedi ki, belə hərəkətlər yolverilməzdir" - Ürfan Abbasov

Misli Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"un qonağı olan "Araz-Naxçıvan" 2:1 hesablı qələbə qazandı. Bu, "bozqurdlar"ın cari mövsüm ilk yenilgisi oldu. Naxçıvan təmsilçisinin müdafiəçisi Ürfan Abbasov oyundan sonra Fanat.Az-ın əməkdaşının suallarını cavablandırdı.


- "Turan Tovuz"la görüşdə qələbə qazanacağınızı gözləyirdiniz?

- Ağır oyun olacağını bilirdik. Çünki "Turan Tovuz" süni örtüklü meydanda oynayır. Biz də buna öyrəşməmişik. "Turan Tovuz" turnir cədvəlinə liderlik edirdi, bir az təzyiq var idi. Amma yaxşı oynadıq. Bilirdik ki, rəqib uzun ötürmələrdən çox istifadə edir. Vacib qələbə qazandıq.

- Ötən mövsüm "Araz-Naxçıvan" dörd oyunda da "Turan Tovuz"a uduzmuşdu...

- Oyundan qabaq inanırdım ki, qələbə qazana bilərik. Oyundan-oyuna daha çox inkişaf etməliyik. Daha çox top saxlasaq, daha çox epizodlar yaradarıq. Hələ ki, nəticəyə oynayırıq. Gələcək oyunlarda inkişaf edib daha yaxşı oyun göstərəcəyik.

- "Dalğa Arena"nın təbii örtüyü də pis durumdadır. Ora "Turan Tovuz"un süni örtüklü meydanından yaxşıdır?

- Düzdür, "Dalğa Arena"nın ot örtüyü də pis gündədir. Amma süni meydandansa, təbii ot daha yaxşıdır. Sintetik meydanda qaçan kimi, dərhal əzələlər dolur, tutulur. Belə meydanda oynamaq üçün öyrəşmək lazımdır.

- Roderik Miller - Ramon Maçado epizodu çox müzakirə edildi. Həmin epizod haqda nə düşünürsən? Hakim haqlı idi?

- Epizoda çox yaxın deyildim. Yəqin ki, baş hakim düzgün qərar verdi.

- Azarkeşlərin təzyiqini nə dərəcədə hiss edirdiniz? Felipe Santosun vurduğu qoldan sonra bunu onların qarşısında qeyd etməsi azarkeşləri daha da qıcıqlandırdı... Felipeni bu hərəkətinə görə qınayırsanmı?

- Əlbəttə. Oyunun gedişində düz hərəkət etmədiyini özünə dedik. Hətta matçdan sonra rəhbərimiz kiçik iclas etdi və orada da dedi ki, belə hərəkətlər yolverilməzdir. Bundan sonrakı oyunlarda belə hərəkətlərə yol vermərik.

- Deyəsən, qələbə üçün yaxşı mükafat verildi...

- Biz istədiyimiz məbləği dedik (gülür). Amma məbləğ açıqlanmadı. 

- Ehtiyat oyunçular skamyanız geniş deyil. Necə olacaq?

- Çempionat uzun marafondur. Zədəlilər də ola bilər. Təki olmasın. Ancaq futboldur da, zədələr qaçılmazdır. Cəzalılar da həmçinin. Ehtiyat skamyamız geniş deyil. Amma çalışacağıq ki, bunu göstərməyək.

- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə hədəfi qoyub?

- Bəli, rəhbərlik qarşımıza avrokuboklara vəsiqə hədəfini qoyub. Oyunlarımız da pis getmir. Niyə də olmasın? Özümüzü heç bir komandadan zəif görmürəm. 

- Bu yaxınlarda 300 oyun rekorduna çatdın. Həmin rəqəmi artırmaq istəyərdin?

- Kim istəməz? Zədələrdən uzaq olsam, yəqin ilk "dördlüy"ə çataram. Özümdə güc hiss edirəm. Daha çox oynayaraq, komandaya da çox xeyir vermək istəyirəm.  Əlbəttə ki, keçirdiyimiz 300 oyun arasında üzüldüyüm matçlar da var. Məsələn, ölkə kubokunun finalında "Qarabağ"la görüşdə avtoqol etmişdim. Uğursuz oyunlarımdan biridi. Ən uğurlusu? Qol vurduğum oyunlar mənim üçün uğurlu sayıla bilər.

- "Qəbələ"də oynamaq istəyərdin?

- Qismət. Bəlkə nə vaxtsa, təklif olarsa...İndi də "Qəbələ"nin oyunlarını izləyirəm. Çalışıram ki, dəstəyimi verim. Ümid edirəm ki, onlar bu mövsüm çempion olub yenidən Premyer Liqada iştirak edəcəklər.

Nihat
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
18:49

MPL: Qərb derbisində darmadağın, "Araz-Naxçıvan" "Zirə"yə qarşı- YENİLƏNİR

18:22

Ançelotti "Real"da qazandığı mükafatları nümayiş etdirdi - FOTO

17:56

Azərbaycan millisi Avropa Superfinalına vəsiqə qazandı

17:28

Amorim Fernandeşin MY-dən gedəcəyi ilə bağlı məlumatlara belə münasibət bildirdi

16:39

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldı

16:13

"Şamaxı"nın kapitanı karyerasını bitirdi

15:56

Xulian Alvaresin taleyinin necə olacağı bilindi

15:25

"Sumqayıt" rekordunu təkrarladı

14:52

De Bröynenin yeni klubu da açıqlandı, maaşı da

14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:20

DÇ: Minifutbol üzrə Azərbaycan millisi növbəti matçına çıxacaq

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

Facebookdan bizi izləməyi unutmayın.
X