Yeni mövsümün hazırlıqlarını davam etdirən "Rəvan" növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir verir ki, Bakı klubu "Şuşa" ilə qarşılaşıb.
"Bayıl Arena"da baş tutan matçın taleyini 1 qol həll edib. Belə ki, "Şuşa" Premyer Liqanı tərk etmiş rəqibini 1:0 hesabı ilə yenib.
Qeyd edək ki, "Rəvan" bundan əvvəl AZAL-a 0:3, "Sumqayıt"a 0:2 hesabı ilə yenilmişdi. Bakı klubu növbəti oyununu iyulun 19-da "Şahdağ"a qarşı keçirəcək.
Fanat.az