Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Fanat.az xəbər verir ki, ölkə kubokunun sahibi "Neftçi" Sloveniyanın "Koper" klubunu qəbul qəbul edib.
"Bakcell Arena"da baş tutan oyun təmsilçimiz üçün uğursuz alınıb. Hesabı 24-cü dəqiqədə Qoran Qaleşiç açıb. 41-ci dəqiqədə Matey Palciç ikinci qolu vurub. İlk yarının əlavə vaxtında Araz Abdullayev gözəl zərbə ilə fərqi artırsa da, "Neftçi"nin bundan artığına gücü çatmayıb. 85-ci dəqiqədə Ruslan Qurbanov ikinci topu "Koper"in qapısına vurub. Amma hakim ofsayd qeydə alaraq, qolu saymayıb. Bununla da "Neftçi" 1:2 hesablı məğlubiyyətlə barışıb.
"Koper" klubu 1920-ci ildə yaradılıb. 94 yaşlı klub 1 dəfə Sloveniya çempionu, 2 dəfə ölkə kubokunun və 1 dəfə Superkubokunun qalibi olub. 2013/14 mövsümünü 2-ci pillədə başa vuran komandaya Rodolfo Vanoli başçılıq edir. "Koper"in heyətində Bosniya və Hersoqovinadan 3, Xorvatiya və İtaliyadan 1 legioner çıxış edir. "Neftçi"nin rəqibi ötən ay "Qəbələ" ilə yoxlama oyunu keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, bu gün "İnter" də II təsnifat mərhələsinin ilk oyununa çıxacaq. "Tiraspol"u mübarizədən kənarlaşdıran Premyer Liqanın gümüş mükafatçısı İsveçdə "Elfsborq"un qonağı olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
17 iyul
Neftçi (Azərbaycan) - Koper (Sloveniya) 1:2
Qollar: Araz Abdullayev, 45+1 - Qoran Qaleşiç, 24. Matey Palciç, 41.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev (21. Samir Məsimov, 78), 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 18. Kaue Sesilyo (19. Mirhüseyn Seyidov, 59), 27. Məqsəd İsayev, 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 73).
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Koper: 25. Bojidar Radoşeviç, 5. Miha Blajiç, 7. İvika Quberaç (k), 11. Perika İvetiç, 14. Qoran Qaleşiç (10. Mitya Lotriç, 83), 16. Denis Haliloviç, 20. Domen Çrniqoy, 27. Damir Hadziç, 29. Matey Palciç (3. Miha Qreqoriç, 87), 33. Miroslav Kovilo, 30. Jaka Stromayer (49. Matey Puçko, 66).
Ehtiyat oyunçular: 1. Ermin Hasiç, 4. Denis Sme, 8. Urban Zibert, 18. Leo Stulaç.
Baş məşqçi: Rodolfo Vanoli.
Sarı vərəqələr: Karlos Kardoso, 52. Flavinyo, 54. Erik Ramos, 90 - İvika Quberaç, 52. Denis Haliloviç, 67.
Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Andrey Getikov, Aleksey Kulbakov (Belarus).
Hakim-inspektor: Sergey Zuyev.
Bakı. "Bakcell Arena".
Fanat.az