Misli Premyer Liqasının 8-ci turu çərçivəsində sentyabrın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qiyməti 2 (1B, 2B, 4A), 3 (3B) və 5 (3A) manat təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar: //iticket.az/en/events/sport/neftci-pfk-sumqayit-fk28/129692
“Neftçi Arena”nın kassalarında isə 1A, 2A və 5A sektorlarına olan biletlər (qiyməti 2 manat) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Qeyd edək ki, "Neftçi"nin əvvəlki ev oyunlarında biletlərin qiyməti müvafiq olaraq, 3, 5 və 15 manat təşkil edirdi.