"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu İngiltərədə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan - Avropa Liqasının Liqa mərhələsinin I turunun matçından öncə təşkl edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, yunan əsilli avstraliyalı çalışdırıcı belə danışıb:
"Mövsüm ərzində 50-dən çox oyun keçirəcəyik. Biz həqiqətən hər oyunda ciddi rotasiya etmək istəmirik. Buna uyğun heyətimiz var. Futbolçuların hamısının bütün oyunlarda meydana çıxması mümkün deyil. Təxminən 35 görüşdə meydanda ola bilərlər".
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.