"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov və komandanın baş meneceri Ceyhun Sultanov "Perspolis"lə yoxlama oyunundan əvvəl rəqibin baş məşqçisi, əslən azərbaycanlı Əli Dayei ilə görüşüb. Fanat.az xəbər verir ki, qarşılaşmadan əvvəl tərəflər arasında fikir mübadiləsi aparılıb.
Azərbaycanlılardan qurulmuş gənc komandanın formalaşdırılmasını alqışlayan 45 yaşlı mütəxəssis "Sumqayıt"a gələn ay start götürəcək milli çempionat oyunlarında uğurlar arzulayıb.
Fanat.az