10:10 04.10.2024 3289

"Məndən sonra hər ikisini komandaya götürdülər" - Adil Şükürov "Kəpəz"dən gedişinin pərdəarxasını anlatdı

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Misli Premyer Liqasında "dörd pərdəlik tamaşa"nın ilk bölümü tamamlanmaq üzrədir. Amma hələ də xal qazanmayan komanda var. "Kəpəz" keçirdiyi 8 görüşdən heç birində rəqiblərini büdrədə bilməyib. Komanda artıq ikinci məşqçiyə qucaq açıb. "Qərb təmsilçisini mövsümə hazırlayan və 4 oyuna çıxaran Adil Şükürov ayrıldıqdan sonra onun boşaltdığı posta baş məşqçi təyin olunan Azər Bağırov da hələki çarəsizdir. 

Avqustun son günlərində "Kəpəz"dən gedən Şükürovun uğursuzluğu özü üçün dəyərləndirmək baxımından bol vaxtı olub. İstədik təhlillərini bizə də bildirsin.
Fanat.Az problemləri bitib-tükənməyən, Premyer Liqanı tərk etməyə əsas namizəd olan "Kəpəz"lə, istefasının pərdəarxası məqamları ilə bağlı söhbətləşdik.

- Artıq istefanızdan bir aydan bir qədər çox ötüb. Yəqin səhv-düzlərinizi götür-qoy etmisiniz. Ötən çempionatda bir çox komandaya başağrı olan "Kəpəz"in bu mövsümə uğursuz başlamasının səbəbi nə idi?
- Başlıca səbəb heyəti qoruya bilməməyimiz oldu. Futbolçuların müqavilələrində qeyd olunmuşdu ki, qalacaqları halda, məvacibləri artırılmalı idi. Amma həmin maliyyəni tapa bilmədiyimiz üçün əksər oyunçularla yollar ayrıldı. 

- Heyət dağılanda və yeni transferlər yubananda getmək daha yaxşı olmazdımı? Yəni ilk dörd turdakı uğursuzluq sizin CV-yə yazılmazdı.
- Bu mövsüm üçün istəyimiz elə idi ki, heyəti qoruyaq və əlavə olaraq, komandaya 2-3 yeni, Premyer Liqa təcrübəsi olan futbolçu cəlb edək. Bu plan alınmasa da, mən yeni futbolçulara da güvənirdim. Bu gün də inanıram ki, "Kəpəz"in indiki heyəti başlıca vəzifənin öhdəsindən gələ biləcək.  


- Qalıb vəziyyəti düzəltmək mümkün idi? Ümumiyyətlə, istefanız necə baş tutdu? 
- Açığı, getmək variantı son anda yarandı. Rəhbərliklə danışmışdıq ki, millinin fasiləsinə qədər 2-3 yerli, təcrübəli oyunçuları heyətə qataq. Konkret, adlar da çəkə bilərəm. Turan Manafovla Rauf Hüseynlini komandada görmək istədiyimi bildirmişdim. Rauf hətta düşərgəyə qoşulmuşdu. Düzdür, zədədən sonra tam formada deyildi. Bu baxımdan, "milli fasiləsi" işimizə yarayacaqdı. Tam heyət ixtiyarımda olandan sonra komandadakı çatışmazlıqları yoluna qoya biləcəyimə inanırdım. Demişdim ki, milliyə görə iki fasilə arasındakı 4 turda 4 xal götürə bilərəm. Son anda deyildi ki, Turanla Raufu transfer etmək üçün pulumuz yoxdur. Belədə ərizəmi yazıb istefa verdim.

- Axı hər ikisi indi "Kəpəz"dədir.
- Elədir. Məndən sonra onları komandaya götürdülər. Necə oldu, deyə bilmərəm. Bu barədə danışmaq istəmirəm.  
  
- "Kəpəz" elitaya qayıdandan sonra 3-cü mövsümdə artıq 5-ci məşqçi ilə işləyir. Komandanın dərdi nədir? 
- Mən bu mövsümkü uğursuzluğun səbəbini heyəti qoruya bilməməyimizlə izah etdim. Qlobal yanaşsaq, əsas səbəb maliyyənin olmamasıdır. Bu, bütün dünyada belədir. Klub Premyer Liqaya yüksəlirsə, artıq strategiyasını müəyyənləşdirməlidir. Məqsəd nədir, nəyə daha çox diqqət yetiriləcək, infrastruktur necə qurulacaq, maliyyə necə cəlb olunacaq və sair... Hər məşqçi özünə aid planla, tələb və təkliflə gələ bilər, amma klubun ümumi strategiyası olmalıdır. 
"Kəpəz" köklü klubdur. Tam haqlı olaraq, azarkeşləri də tələbkardır. "Kəpəz" kimi klubun nəticə ilə yanaşı, adına layiq infrastrukturu da olmalıdır. Hamısı isə maliyyəyə bağlıdır. Halbuki, "Kəpəz" Premyer Liqanın ən az büdcəsi olan klubudur. 

- Son vaxtlar demək olar ki, Gəncədən futbolçu çıxmır. Uşaq komandaların işinə nəzarət edə bilirdiniz? 
- Əslində, yerli uşaqlar var idi. Ümid Səmədovun adını çəkə bilərəm. İndi adını xatırlamıram, əvəzedici komandadan gənc müdafiəçi cəlb etmişdik, məqşlərdə iştirak edirdi. Onların və ümumiyyətlə, Premyer Liqa səviyyəsində sanballı yerli oyunçuların  üzə çıxmasına 6-8 il vaxt lazımdır. 

- Azər Bağırov təyinatından əvvəl və ya sonra sizinlə əlaqə yaratmışdımı? 
- Baş məşqçi təsdiqlənməmişdən əvvəl mesaj yazmışdı. Buna halallıq və ya məsləhət almaq deməyək. Halallıq o zaman lazımdır ki, məşqçi postundan göndərilir. Ancaq mən özüm ayrıldım. Azər müəllim sadəcə, 3-4 mesaj yazdı, sağ olsun, yəqin məni xəbərdar etmək istədi.  


- Gəncədə yeni stadion inşa olunur. Səmimi deyin, "Kəpəz"in yeni stadionunda ilk oyununu məhz Premyer Liqa səviyyəsində keçirə biləcəyinə inanırsız?  
- Ən həssas məqama toxundunuz. Bunu çox istəyirdim ki, komanda rəhbərliyim altında yeni stadionda ilk oyununu Premyer Liqada keçirsin. İnanıram ki, mən orada olmasam da, bu, məhz belə olacaq. Əslində, "Kəpəz"ə gələndə fikirlərim başqa idi. Bildiyiniz kimi, mənim karyeramda akademiyalarla iş xüsusi yer tutur. "Kəpəz"də əsas komanda ilə akademiyanın fəaliyyətinin paralel, strukturlu şəkildə təşkili üçün planım var idi. Aşağıda oyunçuların yetişdirilib əsas komandaya cəlb olunmasını həyata keçirmək istəyirdik.    

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Aprel 2025
17:42

Sərxan Hacıyev: "İstanbulda UEFA-nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi"

17:36

MPL: "Səbail" "Araz-Naxçıvan"ı qəbul edir -YENİLƏNİR

17:16

Karvaxal diskvalifikasiya edilə bilər

16:44

Trautman Azərbaycan yığmasının AÇ-dəki çıxışını dəyərləndirdi

16:08

Azərbaycan cüdoçuları AÇ-ni 5 medalla başa vurdular

15:42

Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu

15:13

Ançelottinin "Real"dan nə vaxt gedəcəyi açıqlandı - SON DURUM

14:43

"Seltik" çempion oldu, əzəli rəqibinə çatdı

14:12

Skolarinin yeni iş yeri bilindi - RƏSMİ

13:54

Ançelotti hələ bu qədər uduzmamışdı

13:14

Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşdi

12:40

"Mançester Siti"nin zədəli ulduzları məşqlərə start verdilər

12:17

Daha bir komandanın İPL-i tərk edəcəyi dəqiqləşdi

11:50

ABL: "Neftçi" "Abşeron"a qarşı

10:52

Emil Mustafayev sonadək oynadı

10:18

Kökçü sonda yada düşdü, komandası...

09:42

AÇ: Azərbaycanın cüdo millisi qarışıq komanda yarışında mübarizəyə başlayır

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:48

"Barselona" "Real Madrid"i yenib "Kral kuboku"nu qazandı

01:02

Liqa 1: "Monako" səfərdə xal itirdi

00:20

Mahir Emreli yenə qol vurdu, "Nürnberq" 3:0-ı əldən verdi - VİDEO

26 Aprel 2025
23:48

Almaniya Bundesliqası: "Bayern" də qələbə qazandı, "Bayer" də

23:27

İPL: "Çelsi" 3 xalı 1 qolla qazandı

23:14

Türkiyə Super Liqası: "Fənərbağça"dan 4 dəqiqəlik geridönüş

22:58

Azərbaycan avarçəkənləri Türkiyədə 2 medal qazandılar

22:30

AÇ: Millimiz 5 medalla 10-cu oldu

21:44

"Ən azı pley-offa qədər irəliləməyi hədəfləmişik" -Rəşad Sadıqov

21:16

"Hakim gəlib sənə "əlini aşağı sal" deyirsə..." - Azər Bağırov

20:54

MPL: "Zirə" Tovuzdan qalib döndü

20:23

Ansu Fati "Barselona"nı tərk edəcək, İspaniyanı yox

19:41

Zelim Kotsoyev Avropa çempionatında gümüş medalla kifayətləndi

19:10

"Sabah"ın sabiq çalışdırıcısı Rusiyada unikal göstəriciyə imza atdı

18:33

Azərbaycanlı gimnast karyerasını başa vurdu

18:08

Mourinyu sabiq klubuna dönür - İddia

17:27

"Real Sosyedad"ın yeni baş məşqçisi bliindi -Rəsmi

16:55

"Sabah" ilə "Şəki" arasında ilk dueli bakılılar qazandı

16:30

Qvardiola həyat yoldaşından boşanmaq fikrindən daşındı - MS buna görə dirçəlir?

15:59

A Seriyası klubuna texniki məğlubiyyət verilə bilər

15:22

"Daha yuxarı yerlərə qalxa bilərik" - Əli Səmədov

14:54

Keçmiş komandasına qarşı "divar" oldu, iki rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X