"Gəncə" heyətinə ABŞ-li basketbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Corc Deven Petersonu heyətinə qatıb.
Hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
188 sm boya malik Peterson ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı basketbolçu "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.