"Bayern Münhen"in hücumçusu Tomas Müller Almaniya Bundesliqasının 6-cı turunda "Ayntraxt"a qarşı səfərdə keçirdikləri oyundan (3:3) danışıb.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Ayntraxt" uzağı 4 qol vura bilərdi, 3 dəfə fərqləndi. Çünki səviyyəli rəqibdir. Amma biz qalib gəlməliydik. Onlarla 15 dəfə oynasaq, 13 dəfə qalib gələrik. Rəqibi necə sıxmağımızı, qol vəziyyətləri yaratmağımızı izləmək maraqlı idi. Unutmayaq ki, onların qapıçıları bu oyunda inanılmaz performans sərgilədi".
Nihat